SİMA: Bulud və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil rəqəmsal imza. Mobil tətbiq vasitəsilə, evinizdən çıxmadan, sənəd toplamadan və növbə gözləmədən, cəmi bir neçə dəqiqə ərzində rəqəmsal imza əldə edin. Xidmət tamamilə ödənişsizdir!
SİMA artıq müxtəlif maliyyə, sığorta və dövlət elektron xidmətləri ilə inteqrasiya olunub. “Digital Login” sistemi ilə də birləşərək, bir çox dövlət və özəl qurumların onlayn xidmətlərinə giriş imkanı təmin edir.
SİMA ilə aşağıdakı imkanlardan yararlana bilərsiniz:
- Maliyyə: Bank əməliyyatları (kredit, kart sifarişi, hesab açma, çıxarış alma, pul köçürmə), şəxsi kabinetə giriş.
- Sığorta: KASKO, həyat sığortası, müqavilələrin imzalanması.
- Dövlət Xidmətləri: Mənzil, məhkəmə, polis, təhsil və vergi xidmətləri.
- Digital Login: 80-dən çox portal və xidmətə giriş.
Məsələn, "PAŞA Bank" əməkhaqqı kartı sahibləri nağd kredit üçün müraciət edə, "Turan Bank"da əmanət yerləşdirə, “Yelo Bank”ın mobil tətbiqindən istifadə edə və “Digital Login” vasitəsilə müxtəlif xidmətlərdən istifadə edə bilərlər. İnteqrasiya prosesi davam edir.
SİMA-nın üstünlükləri:
- Asan və təhlükəsiz istifadə
- Tamamilə pulsuz
- Mobil tətbiqdə sürətli qeydiyyat
- Elektron sənədlərin dərhal imzalanması
- Rəqəmsal imzanız hər zaman sizinlədir
SİMA mobil tətbiqini yükləyin, şəxsiyyət vəsiqənizi oxudun və üztanıma vasitəsilə kimliyinizi təsdiqləyin. Yeni nəsil rəqəmsal imzanız hazırdır!